Azərbaycanda istehlak kreditlərinin faizləri növü nəzərə alınmaqla müxtəlif istiqamətdə dəyişib.
Eləcə də bax: Bank sektorunun 2021-ci il üzrə əsas göstəriciləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın 1 yanvar 2022-ci il tarixinə olan hesabatında deyilir.
Kredit kartı vasitəsilə verilən kreditlər 25% (bu kreditlərin xarici valyutada isə 6%-dən 7%-ə qədər yüksəlib), məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin faiz dərəcələri isə 21% təşkil edib, bu son üç ayda sabit qalması deməkdir.
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin illik faiz dərəcələri son üç ayda 20%-dən 21%-ə qədər bahalaşaıb. Müvafiq dövr üzrə avtomobil kreditləri 18%-dən 17%-ə düşüb.