2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil alışı üçün verilən istehlak kreditləri üzrə orta dərəcə 3 f.b. – illik 15%-dək azalıb.
Eləcə də bax: Ölkədə kredit götürmək üçün qeydə alınan daşınar əmlak yüklülüyü - 32% ARTIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Yanvar-sentyabr aylarında istehlak kreditlərin bəzi növləri üzrə dərəcələrin artımı müşahidə olunur. Xüsusilə, məişət avadanlığının alışına istehlak kreditləri üzrə orta dərəcə 22% (2021-ci ilin 9 ayı ərzində - 21%), mənzil təmirinə kreditlər üzrə - 23% (20%) təşkil edib.
Milli valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 1 f.b. - 25%-dək artıb. Həmçinin, yanvar-sentyabr aylarında xarici valyutada kredit kartları vasitəsilə istehlak kreditləri üzrə orta dərəcə 12f.b. – 6%-dək artıb.
2022-ci il sentyabrın sonuna milli valyutada istehlak kreditlərin digər növləri üzrə istehlak kreditləri üzrə orta dərəcə 20% (21%), xarici valyutada – 4% (4%) təşkil edib. (İnterfaks-Azərbaycan)