2024-cü ilin sonuna Azərbaycan banklarının kredit portfellərinin aktivlərinə olan nisbəti açıqlanıb.
FED.az bankların rüblük hesabatı əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək nisbət "Bank of Baku"da qeydə alınıb. Belə ki, bankın aktivlərinin 81%-i kredit portfeli təşkil edib.
Bundan başqa eyni göstərici "Expressbank" üçün də keçərli olub. Bankın kredit protfelinin aktivlərinə olan nisbəti 81%-ə bərabər olub.
"Bank BTB" və "AccesBank" müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.
"Turanbank"ın aktivlərinin 77%-i, "Bank VTB (Azərbaycan"ın isə 74%-i kredit portfelinin payına düşüb.
73% olmaqla "Rabitəbank", "Yelobank" və "Premiumbank" müvafiq olaraq 7-ci, 8-ci və 9-cu yerləri bölüşürlər.
10-cu pillədə 68% göstərici ilə "Bank Avrasiya yer alıb.