2023-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 9 bankın öhdəlikləri 1 milyard manatı keçib.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək məbləğdə öhdəliyi olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 11 milyard 858 milyon 24 min manat.
“ABB”-dən sonra ikinci yerdə 7 milyard 814 milyon 178 min manatla “Paşa Bank”, üçüncü yerdə isə 7 milyard 748 milyon 329 min manatla “Kapital Bank” gəlir.
“Xalq Bank”ın öhdəlikləri 2 milyard 578 milyon 273 min manat, “Bank Respublika”nın öhdəlikləri isə 1 milyard 975 milyon 217 min manat təşkil edib.
Hesabat dövründə “Yelo Bank” 1 milyard 467 milyon 384 min manat, “Unibank” 1 milyard 1 milyard 441 milyon 830 min manat, “AccessBank” 1 milyard 225 milyon 172 min manat, “Rabitəbank” isə 1 milyard 22 milyon 98 min manat öhdəliklərə malik olub.
Ən az öhdəliyi olan banklar isə “Bank Melli İran” (80 milyon 607 min manat) və “Bank Avrasiya” (104 milyon 99 min manat) bankları olub.
Bankların öhdəliklər üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün FED.az RENKİNQ-də izləyə bilərsiniz.