Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 20-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 11-də müsbət, 9-da isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, nağd vəsaitləri azalmış banklar "Bank BTB", "Naxçıvan Bank", "AGBank", "AFB Bank", "Zıraat Bank Azərbaycan", "Access Bank", "Bank Avrasiya", Pakistan Milli Bankının Bakı filialı və "Atabank"dır. Ən az azalma "Bank BTB"də (3,4%), ən çox azalma isə "Atabank"da (56,9%) qeyd alınıb.
Qalan 11 bankın nağd vəsaitləri isə son 1 ildə artıb. Ən yüksək dinamika "NBC Bank"da (2,4 dəfə), ən aşağı dinamika isə "Nikoyl Bank"da (5,6%) qeydə alınıb.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar arasında "Günay Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank"ın adları da var.
6 bankın nağd vəsaitləri 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21-i bu il oktyabrın 1-nə nağd vəsaitlərinin məbləği barədə məlumat verib ki, bunlardan da 6-da sözügedən göstərici 40 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (395,643 milyon manat), "PAŞA Bank" (90,894 milyon manat), "Xalq Bank" (70,75 milyon manat), "Bank Respublika" (49,107 milyon manat), "AFB Bank" (44,107 milyon manat) və "Access Bank"dır (41,622 milyon manat).
Qalan 15 bankdan 11-də nağd vəsaitlər 10-40 milyon manat arasında qədər, 3 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
Eləcə də bax: Nağd vəsaitlərin həcmi üzrə - BANKLARIN RENKİNQİ – (01.10.2019)
"Renkinq"