Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il oktyabrın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 9-da müsbət, 13-də isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, nağd vəsaitlərini artırmış banklar "Amrah Bank", "Naxçıvan Bank", "Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank", "Kapital Bank", "NBC Bank", "AGBank", "Azərbaycan Sənaye Bankı" və "Bank BTB"dir. Ən yüksək dinamika "Amrah Bank"da (63,7%), ən aşağı dinamika isə "Bank BTB"də (0,1%) qeydə alınıb.
İl ərzində nağd vəsaitləri azalmış 13 bank arasında ən kəskin azalma "Xalq Bank"da (59,8%), ən yumşaq azalma isə "Access Bank"da (1,6%) baş verib.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.