Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-mart aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
FED.az xəbər verir ki, bunlar "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Bank VTB Azərbaycan", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Atabank", "AGBank", "AFB Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (52,4%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (1,1%) qeydə alınıb.
Qalan 21 bankın isə faoz gəlirləri artıb. Ən yüksək dinamika "Bank Respublika"da (78,9%), ən aşağı dinamika isə "Xalq Bank"da (1%) qeydə alınıb.
Eləcə də bax: 5 bankın faiz gəlirləri 20 milyon manatdan çoxdur - SİYAHI