Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin I yarısındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Eləcə də bax: Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “PAŞA Bank”, “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (74%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (0,6%) qeydə alınıb.
9 bankın – “Günay Bank”, “Turan Bank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “AFB Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Bank BTB” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (95,6%), ən az azalma isə “Günay Bank” (7,9%) qeydə alınıb.
3 bankın – Pakistan Milli Bankının Bakı filialının, eləcə də “Muğan Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 24,3%, 74,9% və 85,9%.
2 bank – “Premium Bank” ASC və “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü əməliyyat mənfəəti ilə, 1 bank – “Yelo Bank” ASC isə bu ilin 9 ayını əməliyyat mənfəəti ilə, ötən ilin eyni dövrünü əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.