Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun depozit portfeli illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Azərbaycan Beynəlxalq Bankı", "AFB Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (34,1%), ən az azalma isə "Nikoyl Bank"da (0,2%) qeydə alınıb.
21 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (3,2 dəfə), "Zıraat Bank Azərbaycan"da (0,4%) baş verib.