Azərbaycanın bank sektorunda depozitlərin həcminə görə bankların sıralanmasında ciddi fərqlər müşahidə olunur.
FED.az xəbər verir ki, bəzi banklar 1 milyard manatdan artıq vəsait cəlb etdiyi halda, bəzilərinin portfeli 100 milyon manatdan aşağıdır.
FED.az bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ölkədə 9 bankın depozit portfeli 1 milyard manatı ötüb. Bu banklar arasında ilk üçlükdə “Kapital Bank” ASC (8 milyard 671 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (8 milyard 627 milyon manat) və “PAŞA Bank” ASC (6 milyard 766 milyon manat) qərarlaşıb. Bu üç bank bazarın depozitlərinin əsas hissəsini özlərində cəmləyib.
“Milyarderlər klubu”nun digər üzvləri isə aşağıdakılardır:
-
“Xalq Bank” ASC - 1 milyard 843 milyon manat
-
“Bank Respublika” ASC - 1 milyard 515 milyon manat
-
“Unibank KB” ASC - 1 milyard 232 milyon manat
-
“Azər Türk Bank” ASC - 1 milyard 188 milyon manat
-
“AccessBank” QSC - 1 milyard 45 milyon manat
-
“Yelo Bank” ASC - 1 milyard 40 milyon manat
Siyahıda 11 bankın depozit portfeli 100 milyon manatdan yuxarı, lakin 1 milyard manatdan aşağıdır. Bu banklar arasında ən yüksək göstəricilər “Rabitəbank” ASC (793 milyon manat), “Bank of Baku” ASC (699 milyon manat) və “Ziraat Bank Azərbaycan” ASC-yə (629 milyon manat) aiddir.
Depozit portfeli 100 milyon manatdan aşağı olan cəmi 2 bank var. Bunlar “Bank Avrasiya” ASC (61 milyon manat) və “Bank Melli İran” Bakı filialıdır (36 milyon manat).