Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin balans kapitalı illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Bank of Baku", "Atabank", "Bank Avrasiya", "AGBank", "Access Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (32,7%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (0,6%) qeydə alınıb.
ELƏCƏ DƏ BAX: Bu bankların balans kapitalı 100 milyondan çoxdur - SİYAHI
1 bankın - "Azər-Türk Bank"ın balans kapitalı demək olar ki, dəyişməyib.
21 bank isə balans kapitalını artıra bilib. Ən yüksək dinamika "Azərbaycan Beynəlxalq Bankı"nda (3,5 dəfə), ən aşağı dinamika isə "Rabitəbank"da (1,5%) baş verib.