2023-cü ilin IV rübünün nəticələrinə əsasən Azərbaycanda 9 bankın aktivləri 1 milyard manatdan yüksək olub.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək aktivə malik olan bank isə “Azərbaycan Beynəlxalq Bankı” olub. Bankın aktivləri 13 milyard 668 milyon 242 min manat təşkil edib.
8 milyard 659 milyon 618 min manatla “Kapital Bank” ikinci olub.
Üçüncü yerdə isə 8 milyard 651 milyon 371 min manat göstərici ilə “Paşa Bank” olub.
“Xalq Bank”ın aktivləri 3 milyard 82 milyon 547 min manat, “Bank Respublika”nın aktivləri 2 milyard 130 milyon 976 min manat təşkil edib.
Hesabat dövründə “Unibank” 1 milyard 590 milyon 659 min manat, “Yelo Bank” 1 milyard 566 milyon 452 min manat, “AccessBank” 1 milyard 392 milyon 287 min manat, “Rabitəbank” isə 1 milyard 138 milyon 450 min manat aktivlərə malik olub.
Ən az aktivləri olan banklar isə “Bank Melli İran” (121 milyon 764 min manat) və “Bank Avrasiya” (184 milyon 537 min manat) olub.
Bankların aktivlər üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün FED.az RENKİNQ-də izləyə bilərsiniz.