"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 9-u bu ötən il xüsusi ehtiyatlara vəsait ayırmayıb.
FED.az xəbər verir ki, həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "NBC Bank", "Bank BTB", "AGBank", "Bank VTB Azərbaycan", "Express Bank", "Bank of Baku" və "Azərbaycan Beynəlxalq Bankı"dır. Bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə müxtəlif məbləğlərdə qənaət ediblər. Qənaətin ən yüksək həddi "Azərbaycan Beynəlxalq Bankı"nda (53,267 milyon manat), ən aşağı həddi Pakistan bankında (33 min manat) qeydə alınıb.
Qalan 20 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Kapital Bank"da (125,554 milyon manat), ən aşağı göstərici isə "Azərbaycan Sənaye Bankı"nda (120 min manat) qeydə alınıb.
Renkinq