"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin ötənilki faiz gəlirləri əvvəlki ilə nisbətən az olub.
Eləcə də bax: Azərbaycanda 4 bankın faiz gəlirləri - 100 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, bunlar İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "AFB Bank", "Yelo Bank", "Muğan Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (35%), ən az azalma isə İran bankında (1%) qeydə alınıb.
Qalan 21 bank isə faiz gəlirlərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Unibank"da (63,9%), ən aşağı dinamika isə "Xalq Bank"da (1,6%) qeydə alınıb.
Renkinq