"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda 4 bankın balans kapitalı - 400 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, həmin banklar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Express Bank", "Muğan Bank", "Premium Bank", "AFB Bank", İran Milli Bankının Bakı filialı və "Amrah Bank"dır.
Ən çox azalma "Amrah Bank"da (55,2% az), ən az azalma isə Pakistan bankında (3,9%) qeydə alınıb.
Qalan 21 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Access Bank"da (66,8%), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,4%) qeydə alınıb.
Renkinq