Azərbaycanda 8 bankın balans kapitalı 100 mln manatdan çoxdur. FED.az bankların 2019-cu ilin birinci yarısına olan hesabatına istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8 –nin balans kapitalı 100 mln manatdan çoxdur.
Ən çox balans kapitalı Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Bankın balans kapitalı bütün banklardan yüksəkdir 1469,9 mln manat.
Siyahıda ikinci ən çox balans kapitalı PAŞA Banka məxsusdur . Bankın balans kapitalı 425,8 mln manat təşkil edir. Üçüncü pillədə isə 399,2 mln manatlıq balans kapitalı ilə Xalq Bank qərarlaşıb.
Balans kapitalı üzrə bankların növbəti sıralaması isə aşağıdakı kimidir.
Kapital Bank – 363,9 mln manat
Ata Bank – 142,6 mln manat
Premium Bank – 125,2 mln manat
Expressbank – 122,7 mln manat
Unibank – 118,5 mln manat
30 bank arasında ən az balans kapitalı olan bank isə Pakistan Milli Bankının Bakı filialı olub. Bankın cəmi 9,9 mln balans kapitalı var.
Azərbaycanda 8 bankın balans kapitalı 100 mln manatdan çoxdur
10:22
9 Avq 2019