Azərbaycanda qeyri-faiz gəlirləri üzrə artım dinamikası yüksək və aşağı olan banklar məlum olub.
FED.az bankların 2019-cu il üzrə maliyyə hesabatlarına istinadən xəbər verirlər ki, 30 bank arasında qeyri-faiz gəlirləri üzrə ən yüksək dinamika “Azərbaycan Sənaye Bank”ına məxsus olub. Bakın qeyri-faiz gəlirlərinin artım dinamikası 3,8 dəfə olub.
Eləcə də bax: Azərbaycanda qeyri-faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Siyahıdı ikinci ən böyük artım dinamikası “Bank of Baku”da olub. "BOB"un qeyri-faiz gəlirləri üzrə artım dinamikası 2,8 dəfə olub.
Siyahıda üçünçü yerdə 2,3 dəfə artımla “Paşa Bank” qərarlaşıb.
Növbəti pillələrdə 2 dəfə artımla “Xalq Bank”, 1,9 dəfə artımla “Bank Respublika”, 100% artımla "Bank VTB Azərbaycan" və Accessbank" yer alıb.
Bankların qeyri-faiz gəlirləri üzrə faiz dinamikasından fərqli olaraq məbləğ üzrə artım dinamikasında ilk pillədə “Paşa Bank”( 43 mln 380 min manat), “Accessbank” (36 mln 898 min manat), “Kapital Bank” (33 mln 494 min manat), Beynəlxalq Bank (27 mln 352 min manat),”Bank Respublika” (24 mln 674 min manat) yer alıb.
Banklar arasında qeyri-faiz gəlirləri üzrə ən az artım dinamikası mənfi 68,2% “Pakistan Milli Bank”ının Bakı filialında və mənfi 69% Bank Melli İranın Bakı filialında qeydə alınıb.