2025-ci ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın kredit portfelinin həcminə görə ən böyük banklarının adları açıqlanıb.
- Azərbaycanda kreditlər 30 milyardı keçdi - MİLLİ VALYUTADA ARTIM, XARİCİ VALYUTADA AZALMA
-
Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2025)
Bankların 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına istinadən hazırlanan siyahıya görə, 7 bankın kredit portfeli 1 milyard manatı ötüb.
Renkinqə 6 milyard 642 milyon 657 min manatla “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir.
İkinci yerdə 5 milyard 371 milyon 839 min manatla “Kapital Bank” ASC qərarlaşıb.
“PAŞA Bank” ASC isə 3 milyard 280 milyon 866 min manatla ilk üçlüyü tamamlayıb.
Növbəti yerlərdə “Xalq Bank” ASC (1 milyard 844 milyon 710 min manat), “Bank Respublika” ASC (1 milyard 525 milyon 724 min manat), “AccessBank” QSC (1 milyard 224 milyon 625 min manat) və “Unibank KB” ASC (1 milyard 205 milyon 288 min manat) qərarlaşıb.