Bu ilin 3-cü rübü üzrə Azərbaycan banklarının faiz xərcləri üzrə dinamikası məlum olub.
FED.az xəbər verir ki, renkinqə faiz xərclərinin faizlə dinamikasına görə ən yüksək artım 95,8% və ya 12 min 159 manatla “Ziraat Bank Azərbaycan” ASC başçılıq edir.
İkinci yerdə 81,9% və ya 29 min 715 manat artımla “Xalq Bank” ASC qərarlaşıb.
“Yapı Kredi Bank Azərbaycan” QSC 80,1% və ya 3 min 722 manat artımla üçüncü, “Kapital Bank” ASC isə 74,7% və ya 118 min 501 manat artımla dördüncü olub.
Digər banklar arasında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (71,1% və ya 117 min 797 manat), “PAŞA Bank” ASC (66,6% və ya 56 min 569 manat), “Azər Türk Bank” ASC (56,6% və ya 18 min 452 manat), “Expressbank” ASC (49,5% və ya 6 min 977 manat) və “Bank Respublika” ASC (43,8% və ya 27 min 657 manat) qeydə alınıb. Siyahının davamında “Unibank KB” ASC (30,2% və ya 17 min 069 manat), “AFB Bank” ASC (28,4% və ya 1 min 219 manat), “Bank of Baku” ASC (25,4% və ya 10 min 331 manat), “Rabitəbank” ASC (22,8% və ya 7 min 466 manat), “Yelo Bank” ASC (21,2% və ya 8 min 341 manat), “Bank VTB (Azərbaycan)” ASC (20,0% və ya 1 min 234 manat), “AccessBank” QSC (17,0% və ya 10 min 575 manat), “TuranBank” ASC (9,0% və ya 3 min 256 manat) və “Bank Avrasiya” ASC (6,3% və ya 107 manat) yer alıb.
Ən az artım göstərən banklar arasında “Azərbaycan Sənaye Bankı” ASC (3,6% və ya 494 manat), “Premium Bank” ASC (1,5% və ya 126 manat) və “Bank BTB” ASC (1,2% və ya 165 manat) qeydə alınıb. “Bank Melli İran” Bakı filialında isə faiz xərclərinin dinamikası ilə bağlı heç bir dəyişiklik qeydə alınmayıb.














