Hazırda ölkədə fəaliyyət göstərən 27 bank internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətləri təqdim edir.
FED.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.
O qeyd edib ki, avqustun 1-nə banklarda aparılmış cari hesablar üzərindən ödəniş əməliyyatlarının 34,3 faizi (27,3 milyard manat) elektron bankçılıq xidmətləri vasitəsilə həyata keçirilib.
Azərbaycanda 30 bank fəaliyyət göstərir.