2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları 23 filialın açılması üçün Mərkəzi Bankdan (AMB) icazə alıb.
Eləcə də bax: "Kapital Bank" daha bir filialını - İSTİFADƏYƏ VERDİ
FED.az AMB-nin məlumatına istinadən xəbər verir ki, bu il 7 bank filial açmaq üçün icazə alıb.
Filialların açılması üçün ən çox icazə (8) “Kapital Bank”a verilib (Gəncə, Zəngilan və 6 filial Bakıda). Banka verilən ümumi icazələrin sayı 112-dir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilin əvvəlindən 4 filialın (Gəncə, Daşkəsən, Biləsuvar və Siyəzən) açılması üçün icazə alıb. Ümumilikdə bankın 62 filialının açılması üçün icazə verilib.
“Bank Respublika” (Naxçıvan, Ağcabədi və Bakının Nərimanov rayonu, cəmi 29 icazə) və “Azər-Türk Bank”a (Bakıda 3, cəmi 10 filial) ayrı-ayrılıqda 3 icazə verilib.
AMB “YeloBank”a (Ağcabədi, Qəbələ, cəmi 15) və “TuranBank”a (Qazax və Abşeron, cəmi 17) ayrı-ayrılıqda 2 icazə verib.
“Bank of Baku” 1 icazə (Bakının Nərimanov rayonunda filialın açılması üçün) alıb. Banka verilən icazələrin ümumi sayı 19-dur.(İnterfaks-Azərbaycan)