15 noyabr 2018-ci il tarixində Bakıda III Beynəlxalq Bankçılıq Formu keçirilib.
FED.az xəbər verir ki, forumda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri İbrahim Alışov bildirib ki, ölkədəki 30 bankdan 24-də internet bankinq xidməti var. Həmçinin onu da əlavə edib ki, ölkədə 30 bankdan 25-də mobil bankinq xidməti var.
“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarında cari hesablar üzrə aparılmış əməliyyatların 25%-i elektron ödənişlər vasitəsi ilə həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur",- İ.Alışov bildirib.
Palata rəqəmsal ödəmələrin tətbiqi və rəqəmsal xidmətlərin genişliyi ilə bağlı mövcud vəziyyətin araşdırıldığını bildirib. Hər bir bankda bununla bağlı problemlər müəyyən olunur və bu problemlərin aradan qaldırılması üçün banklarla danışıqlar aparılır.
Azərbaycanda 6 bankın internet bankinq xidməti yoxdur
10:18
15 Noy 2018