Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda bankların faiz xərcləri üzrə - RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Naxçıvan Bank”, “Yelo Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (91,7%), ən az azalma isə “Naxçıvan Bank”da (1,3%) qeydə alınıb.
Qalan 20 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Express Bank” ASC-də (4,1%) qeydə alınıb.