025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bir neçə bank səhmdar kapitalını artırmaqla mövqelərini möhkəmləndirib.
Renkinqə "Azər Türk Bank" ASC başçılıq edir. Bankın nizamnamə kapitalı illik müqayisədə 2 dəfədən çox artaraq 101,0% yüksəlib. Mütləq ifadədə artım 50 milyon 500 min manat təşkil edib və kapital 100 milyon 500 min manata çatıb.
İkinci yerdə "Premium Bank" ASC qərarlaşıb. Bank kapitalını 12,9% artırıb. Mütləq ifadədə 20 milyon manatlıq artım hesabına nizamnamə kapitalı 174 milyon 601 min manata yüksəlib.
"Xalq Bank" ASC nizamnamə kapitalını 7,5% artıraraq siyahıda üçüncü olub. Bankın kapitalı 31 milyon 3 min manat artaraq 446 milyon 600 min manat təşkil edib.
Siyahıda "Yapı Kredi Bank Azərbaycan" QSC və "AccessBank" QSC də yer alıb. Hər iki bankın nizamnamə kapitalında simvolik olaraq 1 min manatlıq artım qeydə alınıb.












