Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin ötənilki əməliyyat gəlirləri əvvəlki illə müqayisədə az olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Premium Bank”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (50,6%), ən az azalma isə “Premium Bank”da (3,5%) qeydə alınıb.
Qalan 20 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (75,8), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,1%) qeydə alınıb.