2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə ən çox biznes krediti verən bankların siyahısı məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankın biznes kredit portfeli 3 milyard 544 milyon 993 min manat təşkil edib.
İkinci yerdə "PAŞA Bank" ASC qərarlaşıb – bankın biznesə ayırdığı vəsaitin həcmi 3 milyard 114 milyon 419 min manat olub.
"Kapital Bank" ASC 1 milyard 693 milyon 248 min manat göstərici ilə üçüncü sırada yer alıb.
Biznes portfeli 1 milyard manatı keçən digər banklar isə bunlardır: "Bank Respublika" ASC (1 milyard 115 milyon 350 min manat), "Xalq Bank" ASC (1 milyard 31 milyon 522 min manat) və "AccessBank" QSC (1 milyard 22 milyon 870 min manat).
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Ziraat Bank Azərbaycan" ASC-nin biznes portfeli 694 milyon 699 min manat, "Yelo Bank" ASC-nin portfeli isə 673 milyon 587 min manat təşkil edib.
"Unibank KB" ASC 554 milyon 552 min manat, "Rabitəbank" ASC isə 418 milyon 264 min manat həcmlə siyahıda yer alıb.
Siyahının orta sıralarında "TuranBank" ASC (352 milyon 938 min manat), "Premium Bank" ASC (343 milyon 982 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (309 milyon 169 min manat) və "Yapı Kredi Bank Azərbaycan" QSC (308 milyon 520 min manat) qərarlaşıb.
"Azər Türk Bank" ASC biznesə 252 milyon 503 min manat, "Expressbank" ASC isə 199 milyon 207 min manat kredit ayırıb.
Renkinqi "AFB Bank" ASC (158 milyon 916 min manat), "Bank of Baku" ASC (148 milyon 755 min manat), "Bank VTB (Azərbaycan)" ASC (67 milyon 536 min manat) və "Bank Avrasiya" ASC (55 milyon 581 min manat) davam etdirir.
Siyahının son pillələrini "Bank BTB" ASC (44 milyon 150 min manat) və "Bank Melli İran" Bakı filialı (1 milyon 637 min manat) tamamlayır.
Hesabat dövründə ümumilikdə 6 bankın biznes kredit portfeli 1 milyard manatdan, 12 bankın biznes kredit portfeli 100 milyon manatdan yüksəkdir, 4 bankın biznes kredit portfeli isə 100 milyon manatdan aşağı olub.











