Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz gəlirləri 30 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 5 bankın 9 aylıq faiz gəlirləri - 100 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (287,475 milyon manat), “PAŞA Bank” (143,905 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (133,196 milyon manat), “Unibank” (45,381 milyon manat), “Rabitəbank” (34,914 milyon manat) və “Muğan Bank” (33,899 milyon manat) ASC-lərdir.
Qalan 20 bankdan 8-də qeyri-faiz gəlirləri 10-30 milyon manat arasında, 12 bankda isə 10 milyon manatdan az olub. (Renkinq)