Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 15-nin bu ilin I yarısındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Eləcə də bax: Ümumi gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
FED.az xəbər verir ki, bunlar “Turan Bank”, “Bank VTB Azərbaycan”, “Azərbaycan Sənaye Bankı”, “Naxçıvan Bank”, “Xalq Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Kapital Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika “Turan Bank”da (9,2 dəfə), ən aşağı dinamika isə “AFB Bank”da (6,2%) qeydə alınıb.
5 bankın – “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yelo Bank”, “Unibank”, “Günay Bank” və “Premium Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Premium Bank”da (99,1%), ən az azalma isə “Muğan Bank”da (9%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 2,4 dəfə artıb.
3 bank – “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər bu ilin yanvar-iyun aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 1 bank - “Bank BTB” ASC isə bu ilin I yarısını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. (Renkinq)
(Renkinq)