Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 1-i bu ilin I yarısında əməliyyat mənfəəti əldə etməyib.
Eləcə də bax: Ümumi gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2022)
FED.az xəbər verir ki, bu, Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu bank əməliyyat zərərinə uğrayıb. Zərərin məbləği 296 min manatdır.
Qalan 25 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Onlardan 5-də bu göstərici 15 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (224,226 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (175,005 milyon manat), “PAŞA Bank” (95,161 milyon manat), “Xalq Bank” (20,662 milyon manat) və “Bank of Baku” (16,732 milyon manat) ASC-lərdir.
Qalan 20 bankdan 3-də əməliyyat mənfəəti 10-15 milyon manat arasında, 13 bankda 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)