Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I rübündəki əməliyyat xərcləri 30 milyon manatdan çox olub.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (122,808 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (75,609 milyon manat), “PAŞA Bank” (54,279 milyon manat), “Unibank” (43,806 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (30,109 milyon manat).
Qalan 21 bankdan 8-də əməliyyat xərcləri 10-30 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında 2 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)