Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 767,731 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 321,73 milyon manat), "Kapital Bank" (1 029,267 milyon manat), "Rabitəbank" (118,718 milyon manat) və “Xalq Bank” (107,582 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.