Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (30.06.2021)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 797,044 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 414,143 milyon manat), "Kapital Bank" (1 012,163 milyon manat), "Xalq Bank" (119,535 milyon manat) və “Rabitəbank” (115,528 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 7 bankın qiymətli kağızlara investisiyaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 21-nin bu il və ötən il iyulun 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 7-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin “Unibank”, “Bank Respublika”, “Xalq Bank”, “Bank Avrasiya”, “Bank VTB Azərbaycan” və “Yelo Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Ən çox azalma "Yelo Bank"da (63,1%), ən az azalma isə “Unibank”da (1,5%) qeydə alınıb.
14 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Access Bank” QSC, “Zıraat Bank Azərbaycan”, “Turan Bank”, “AFB Bank”, “Rabitəbank”, “Kapital Bank”, “Bank BTB”, “PAŞA Bank”, “Express Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku” və “Azər-Türk Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır. Ən yüksək dinamika "Access Bank”da (4,5 dəfə dəfə), ən aşağı dinamika isə Pakistan bankında (4,8%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb, 1 bank - "Naxçıvan Bank" ASC isə fond bazarına investisiya qoymağa bu ildən başlayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.(Renkinq)