2025-ci ilin I rübündə Azərbaycanda ən yüksək qeyri-faiz gəliri əldə edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, I rübdə ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” olub – 136 milyon 306 min manat.
İkinci ən yüksək qeyri-faiz gəliri göstəricisi 91 milyon 482 min manatla “Paşa Bank”da olub.
“Azərbaycan Beynəlxalq Bankı”nda isə bu göstərici 77 milyon 434 min manat təşkil edib.
Bundan başqa 12 bankda faiz gəlirləri 100 milyon manatdan aşağı, 10 milyon manatdan yüksəkdir. Həmin bankların bəzilərinə nümunə olaraq "Bank Respublika" 65 milyon 818 min manat faiz gəliri əldə edib.
"Unibank"da qeyri-faiz gəlirləri 27 milyon 219 min manata bərabər olub.
“Xalq Bank”ın qeyri-faiz gəlirləri isə 10 milyon 397 min manat təşkil edib.
Hesabat rübündə ümumilikdə 15bankın faiz gəlirləri 10 milyon manatdan aşağı olub.
Ən aşağı qeyr-faiz gəliri əldə edən banklar isə “Bank Melli İran” Bakı filialı (88 min manat) və “Bank Avrasiya” (717 min manat) bankları olub.