Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-ü ötən ili zərərlə başa vurub.
Eləcə də bax: Biznes kreditləri portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, bunlar “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 5-də sözügedən göstərici 20 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (208,78 milyon manat), “Kapital Bank” (179,963 milyon manat), “PAŞA Bank” (90,18 milyon manat), “Xalq Bank” (27,289 milyon manat) və “Bank of Baku” (23,06 milyon manat) ASC-lərdir.
Qalan 18 bankdan 2-də (xalis) mənfəət 10-20 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)