Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin ötənilki qeyri-faiz xərcləri 65 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (337,375 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (240,021 milyon manat), “PAŞA Bank” (175,726 milyon manat), “Unibank” (97,994 milyon manat) və “Bank Respublika” (65,777 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 17-də qeyri-faiz xərcləri 10-65 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)