Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il aprelin 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 173,482 milyon manat), “PAŞA Bank” (6 554,228 milyon manat), “Kapital Bank” (6 387,081 milyon manat), “Xalq Bank” (1 938,088 milyon manat) və “Bank Respublika” (1 511,953 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 19-da öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)