Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
- Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
-
Azərbaycanda aktivlərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
-
Azərbaycanda öhdəliklərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
-
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.09.2022)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 225,648 milyon manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364,773 milyon manat), “PAŞA Bank” (354,512 milyon manat) və “Bank VTB Azərbaycan” (315,815 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 5 bankda 100-200 milyon manat arasında, 11 bankda 50-100 milyon manat arasında, 2 bankda minimum tələbə uyğun – 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.
Azərbaycanda 3 bankın nizamnamə kapitalı artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il oktyabrın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.
Bunlar “Zıraat Bank Azərbaycan”, “Naxçıvan Bank” və “Unibank” ASC-lərdir.
Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (31%), ən aşağı dinamika isə “Unibank”da (13,4%) qeydə alınıb.
Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib. (Renkinq)