Azərbaycanda 5 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur.
FED.az bankların 2019-cu ilin sonuna olan maliyyə hesabatına istinadən xəbər verir ki, ölkədə ən çox faiz gəliri Beynəlxalq Banka məxsus olub – 441 milyon 940 min manat.
Eləcə də bax: Azərbaycanda faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Sıralamada ikinci ən çox faiz gəliri “Kapital Banka”da olub. Bankın faiz gəliri 400 milyon 957 min manat təşkil edib. “Paşa Bank”ın faiz gəlirləri isə 196 milyon 217 min manat olmuşdur ki, bu da "Paşa Bank"ı siyahıda 3-cü edib. Ölkə üzrə 4-cü ən çox faiz gəliri “Xalq Banka”da olub . Bankın faiz gəliri 111 milyon 288 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, 30 bankdan 26-nın faiz gəlirləri 100 milyondan aşağıdır.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Ümumilikdə isə ən az faiz gəlirləri “Naxçıvanbank” (7 mln 968 min manat), “Bank Melli İran”nın Bakı filialı (2 mln 843 min manat), “Pakistan Milli Bank”ının Bakı filialında (413 min manat) olub.