Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin depozit portfeli illik müqayisədə azalıb.
FED.az xəbər verir ki, bunlar "Azər-Türk Bank", "Nikoyl Bank", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (42,3%), ən az azalma isə "Azər-Türk Bank"da (5,9%) qeydə alınıb.
Qalan 25 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım İran Milli Bankının Bakı filialında (3,2 dəfə), ən az artım isə "Turan Bank"da (0,6%) baş verib.