Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda depozit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (85,9%), ən az azalma isə “Premium Bank”da (0,6%) qeydə alınıb.
Qalan 21 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Naxçıvan Bank” ASC-də (79,9%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (0,3%) qeydə alınıb.