Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Depozit porfelinin həcmi üzrə - BANKLARIN RENKİNQİ – (31.03.2020)
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 348,093 milyon manat), "PAŞA Bank" (3 446,953 milyon manat), "Kapital Bank" (3 308,278 milyon manat), "Xalq Bank" (1 550,187 milyon manat) və "Bank Respublika"dır (1 007,924).
Depozit portfelin məbləği 16 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 6 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır. (Renkinq)