Bu ilin1-rübü üzrə Azərbaycanda ən çox biznes kredit portfelinə malik olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən çox biznes krediti verən bank ABB olub. Bank ümumilikdə 3 milyard 147 milyon manat biznes krediti verib.
Bundan başqa bank sektorunda liderlik mövqeyi sərgiləyən ABB-nin biznes kreditlərinin həcmi 2 milyard 979 milyon manat olub.
"Kapital Bank"ın biznes kreditlərinin həcmi 1 milyard 724,5 milyon manat, "Xalq Bank"ın biznes kreditləri portfeli 1 milyard 85,5 milyon manata bərabər olub.
"Bank Respublika"nın biznes kredit portfeli 1 milyard 15,7 milyon manatda yaxınlaşıb.
Ən aşağı göstəricilər "Bank Melli İran" (183min manat) " üzrə qeydə alınıb.