Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Eləcə də bax: Öhdəliklərin həcmi üzrə - BANKLARIN RENKİNQİ – (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı “Renkinq”'ə istinadən xəbər verir ki, bunlar “Xalq Bank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (22,1%), ən az azalma isə “Xalq Bank”da (0,6%) qeydə alınıb.
Qalan 21 bankın aktivləri artıb. Ən yüksək dinamika “Yelo Bank” ASC-də (36,5%), ən aşağı dinamika isə “Bank BTB”də (1,7%) qeydə alınıb.