Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 320,262 milyon manat), "PAŞA Bank" (4 332,01 milyon manat), "Kapital Bank" (3 457,534 milyon manat), "Xalq Bank"dır (1 941,013 milyon manat) və "Azərbaycan Sənaye Bankı"dır (1 007,197 milyon manat).
Qalan 25 bankdan 10-nun aktivləri 0,5 - 1 milyard manat arasında, 14 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,747 milyon manatdır.
Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir.