Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri 1 milyard manatdan çox olub.
Eləcə də bax: Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 962,793 milyon manat), “PAŞA Bank” (5 513,021 milyon manat), “Kapital Bank” (5 227,472 milyon manat), “Xalq Bank” (2 353,091 milyon manat) və “Bank Respublika”dır (1 034,039 milyon manat).
Qalan 21 bankdan 6-da aktivlər 500 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 100-500 milyon manat arasında, 2 bankda isə 100 milyon manatdan azdır.
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Xalq Bank”, “Access Bank”, İran Milli Bankının Bakı filialı, “Bank Avrasiya”, “Express Bank”, “Azərbaycan Sənaye Bankı”, “Muğan Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Yelo Bank”, “bank Respublika” və “AFB Bank”dır.
Ən çox azalma “AFB Bank”da (51%), ən az azalma isə ABB-də (2,8%) qeydə alınıb.
Qalan 14 bankın isə aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Bank”da (28,7%), ən aşağı dinamika isə “Premium Bank”da (1,7%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2020)
(Renkinq)