Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri 80 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Kapital Bank” (286,347 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (223,257 milyon manat), “PAŞA Bank” (166,414 milyon manat), “Unibank” (98,136 milyon manat) ASC-lər, “Access Bank” QSC-dir (80,346 milyon manat).
Qalan 21 bankdan 17-də əməliyyat xərcləri 10-80 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.