Azərbaycanda 30 bankdan 5-i qiymətli kağızlara 60 milyon manatdan çox investisiya edib.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə olan göstəricilərə görə, qiymətli kağızlara ən çox investisiyanı Azərbaycan Beynəlxalq Bankı edib. Bank qiymətli kağızlara 1 milyard 262 milyon 691 min 240 manat investisiya edib.
Eləcə də bax:Azərbaycanda qiymətli kağızlara yatırımları üzrə – BANKLARIN RENKİNQİ (01.10.2019)
5 bank arasında qiymətli kağızlara ən az investisiya edən isə “Rabitəbank” olub. Bank qiymətli kağızlara 68 milyon 067 min 470 manat investisiya edib.
Ümumilikdə isə 5 bankın qiymətli kağızlara ayırdığı investisiya aşağıdakı kimidir:
Azərbaycan Beynəlxalq Bankı – 1 262 691 240 manat
“PAŞA Bank” – 1 157 219 000 manat
“Kapital Bank” – 705 930 000 manat
“Xalq Bank” – 156 371 590 manat
“Rabitəbank” – 68 067 470 manat