Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-i mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank", "Xalq Bank", "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan" və "Unibank"dır. Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə müvafiq olaraq 12,435 milyon manat, 1,751 milyon manat, 731 min manat, 539 min manat və 8 min manat, ümumilikdə 15,464 milyon manat mənfəət vergisi ödəyiblər.
1 bank - İran Mili Bankının Bakı filialı mənfəət vergisi ödəmələrinə 5 min manat qənaət edib.
Qalan 24 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 8-i I rübü zərərlə başa vurmuş "AGBank", "NBC Bank", "Amrah Bank", "Bank BTB", "Bank of Baku", "Muğan Bank" və "Access Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
Eləcə də bax: Hesablama Palatasının bu hüququ - LƏĞV EDİLDİ