Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-i bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (30.09.2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Muğan Bank”, “Bank VTB Azərbaycan” və “Premium Bank” ASC-lər, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Premium Bank”da (947 min manat), ən aşağı həddi isə “Access Bank”da (169 min manat) qeydə alınıb.
Qalan 21 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (272,852 milyon manat), ən aşağı göstərici isə “Bank BTB” ASC-də (62 min manat) qeydə alınıb.