Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I rübündə xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Eləcə də bax: Qiymətli kağızlara sərmayələrin həcmi üzrə - BANKLARIN RENKİNQİ (31.03.2021)
FED.az xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, eləcə də “Zıraat Bank Azərbaycan”, “Bank Avrasiya” və “Naxçıvan Bank” ASC-lərdir. Ən yüksək dinamika Pakistan bankında (3,3 dəfə), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (0,7% çox) qeydə alınıb.
8 bankın – “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Günay Bank”, “Rabitəbank”, “PAŞA Bank”, “Xalq Bank” və “Muğan Bank” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin, eləcə də İran Milli Bankının Bakı filialının isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma İran bankında (88,8%), ən az azalma isə ABB-də (8,4%) qeydə alınıb.
1 bankın – “Premium Bank” ASC-nin xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 31,7% artıb, 3 bankın – “Express Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin, eləcə də “Access Bank” QSC-nin isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb. Müvafiq olaraq 79,6%, 82,9% və 0,2%.
5 bank – “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Turan Bank” və “Unibank” ASC-lər bu ilin I yanvar-mart aylarında xüsusi ehtiyatlara üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 5 bank – “AFB Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika” və “Yelo Bank” ASC-lər isə bu ilin I rübündə xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
Azərbaycanda 10 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin I rübündə xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Bank BTB”, “Express Bank”, “Bank of Baku”, “Bank VTB Azərbaycan”, “Bank Respublika”, “AFB Bank”, “Yelo Bank” və “Premium Bank” ASC-lər, eləcə də “Access Bank” QSC-dir.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Premium Bank”da (6,006 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (10 min manat) qeydə alınıb.
Qalan 16 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Azərbaycan Beynəlxalq Bankı”nda (22,514 milyon manat), ən aşağı həddi isə “Turan Bank”da (11 min manat) qeydə alınıb. (Renkinq)